[b]Tərtərdə yeznəsini güllələmək istəyən şəxs saxlanıldı[/b]
Kəlbəcər rayon sakinindən ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, martın 18-də Kəlbəcər rayon sakini V.Əsədov bacısının həyat yoldaşı H.İsmayılovun Tərtər rayonunun Səhləbad kəndindəki evinin qarşısına gələrək münaqişə zəminində ov tüfəngindən havaya atəş açıb.
V.Əsədov Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan “Frankli” markalı ov tüfəngi götürülüb.
442