Müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-a bu barədə Nazənin Salayevanın vəkili Ceyhun Yusifov məlumat verib. Vəkil qeyd edib ki, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə iyulun 2-də təyin edilib.
Qeyd edək ki, Təranə Qumral bir müddət əvvəl məhkəmədə Nazəninə uduzmuşdu. Uduzmasına baxmayaraq sənətçi məhkəmə qərarını qərəzli şəkildə icra etməyib.
Təranə Qumral Cinayət Məcəlləsinin 306-cı maddəsi barəsində iş başlanılıb.
Qətnamədə bildirilir ki, Təranə İbrahimova Məhəbbət Həsənov və həyat yoldaşı Nazənin xanımdan üzr istəməli, eləcə də, təkzib verməlidir. Uzun müddətdir ki, cavabdeh tərəfdən hər iki qətnamə üzrsüz səbəbdən, qərəzli şəkildə icra edilməyib, buna görə də T. İbrahimova barədə Ədliyyə Nazirliyinin istintaq idarəsində 306-cı maddə ilə cinayət işi başlanılıb.