[b]Taleh Bağırov Qobustana etap edildi[/b]
03 avqust 2017 12:56 (UTC +04:00)

[b]Taleh Bağırov Qobustana etap edildi[/b]

“Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı, Abbas Hüseynov və digərləri etap edilib.

 

Bu barədə Lent.az-a vəkil Nemət Kərimli məlumat verib.

 

Vəkil bildirib ki, T.Bağırovla A.Hüseynov Qobustan həbsxanasına köçürülüb. F.Qəhrəmanlı isə 10 saylı cəzaçəkmə müəssisəsinə etap olunub. Digər 15 nəfər də başqa cəzaçəkmə müəssisəsinə köçürülüb.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı iki polis əməkdaşı dünyasını dəyişib. 

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da daha sonra həbs edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov və Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

 

Taleh Bağırov və Abbas Hüseyn cəzalarının 7 ilini ciddi rejimli qapalı cəzaçəkmə müəssisəsində keçirməlidir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Səlcuq Elçin

Oxşar yazılar