[b]Şəmkirdə qonşu qonşunu baltaladı[/b]
15 noyabr 2017 22:17 (UTC +04:00)

[b]Şəmkirdə qonşu qonşunu baltaladı[/b]

0

Şəmkir rayon sakini qonşusuna balta ilə xəsarət yetirib.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun  Kür qəsəbəsinin Qasım İsmayılov kəndində qeydə alınıb.

 

Belə ki, 1991-ci il təvəllüdlü Əmiraslanov Bilal Tapdıq oğlu kəllə-beyin travması və kəllə sümüklərinin sınığı xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

İlkin məlumata əsasən, B.Əmiraslanov mübahisə zəminində qonşusu tərəfindən baş nahiyəsindən balta zərbəsi alıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar