
Şəkidə narkotik əkib-becərən şəxs saxlanıldı
Şəkidə yaşadığı evdə narkotik bitki əkib-becərən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirib.
Tədbir zamanı polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 24 yaşlı Mirseyid Ağababayev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif plastik qablarda kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Oğurladığı motosikletlə şəhərdə gəzirdi, saxlanıldı
23 aprel 2025 , 18:24
Şamaxıda FACİƏ: bitki yığan qoca kişi dağdan yıxılıb öldü
23 aprel 2025 , 17:49
Ordumuzun giziri kanalda batdı - YENİLƏNİB
23 aprel 2025 , 17:46
Bir nəfəri şər atıb tutmaq istəyən polis kapitanı özü HƏBS OLUNDU
23 aprel 2025 , 17:42
Ermənistana casusluqda ittiham olunana hökm oxundu
23 aprel 2025 , 17:36
Avropa onu Azərbaycana təhvil verdi
23 aprel 2025 , 16:55
Bir nəfərin bank kartından 5 min manat oğurlandı
23 aprel 2025 , 16:42