Sabirabadda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi bəlli olub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, “Mercedes” markalı 90 DO 551 dövlət nömrə nişanlı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Əhmədov Əjdər hadisə yerində ölüb.
“Mercedesin” sərnişinləri Saatı sakini, 1962-ci il təvəllüdlü Tarverdiyev Ağamoğlan, 1988-ci il təvəllüdlü Tarverdiyeva Elvira Mehriban qızı, 1988-ci il təvəllüdlü Tarverdiyev Müşfiq Ağamoğlan oğlu, “Azsamand” markalı 90 UR 412 dövlət nömrə nişanlı avtomobili idarə edən avtomobili idarə edən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hüseynov Hüseyn, sərnişin 1997-ci il təvəllüdlü Salmannov Səməd Tahir oğlu, daha 4 nəfər yüngül xəsarət alıb.
Xəsarət alanlardan 3 nəfəri azyaşlı uşaq olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***** 20.05
Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayon Nizami kəndi ərazisindən keçən hissəsində baş verib.
Qəzanın təfərrüatları müəyyənləşdirilir.