[b]Rusiya Baş Qərargahı: Suriyada kimyəvi hücumlar hazırlanır[/b]
18 mart 2018 00:11 (UTC +04:00)

[b]Rusiya Baş Qərargahı: Suriyada kimyəvi hücumlar hazırlanır[/b]

 

 

Terrorçular dinc əhaliyə qarşı təxribat törətmək məqsədi ilə Suriyanın Əl Qabit və Kəlb Luza rayonlarına xlorla dolu 20 konteyner gətiriblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy deyib.

 

“Bundan başqa “Cəbhət Nüsrə” terror qruplaşması İdlibdən 25 km aralıda yerləşən Əl Qabit və Kəlb Luza yaşayış məntəqələrində kimyəvi hücumlar həyata keçirməyi planlaşdırır. Bunun üçün həmin ərazilərə xlorla dolu 20 konteyner gətirilib”, - deyə Rudskoy bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440
avatar

Oxşar yazılar