
Bakıda ŞOK CİNAYƏT: 135 min manatlıq oğurluq
Nəsimi rayonunda yerləşən şirkətlərdən birinin qazanxanasından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, zərərçəkən şirkət rəhbərliyi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək qazanxanadan naməlum şəraitdə dəyəri 135 min manat olan istilik sistemləri və avadanlıqlarının oğurlandığını bildirib.
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədov saxlanılıblar.
Saxlanılan şəxslər ifadələrində etdikləri oğurluğu etiraf ediblər. Onlar izahatlarında əldə etdikləri avadanlıqların bir qismini satdıqlarını bildiriblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. E.Abbasov və V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Oxşar yazılar

Dəhşət: Dörd yaşlı uşaq kanalda boğulub öldü
22 aprel 2025 , 22:16
Abşeronda məktəb yaxınlığında DƏHŞƏT: gənc oğlan özünü öldürdü
22 aprel 2025 , 19:33
Ruben Vardanyanın məhkəməsində mina terrorunun qurbanları danışdı: Bir gündə iki oğlumu itirdim
22 aprel 2025 , 19:24
Dövlətə xəyanətdə ittham olunan İvan Svetliçnıyə hökm oxundu
22 aprel 2025 , 18:37
Adil Qeybulla Tofiq Yaqublunu yenidən müayinə etdi
22 aprel 2025 , 18:13
Polis polkovniki faciəli şəkildə öldü
22 aprel 2025 , 17:30
Zərdablı Pəhlivan özünü asdı
22 aprel 2025 , 17:16