[b]Özünü qatarın altına atan qadının şəxsiyyəti müəyyənləşdi - YENİLƏNİB[/b]
14 may 2017 14:47 (UTC +04:00)

[b]Özünü qatarın altına atan qadının şəxsiyyəti müəyyənləşdi - YENİLƏNİB[/b]

0

Gəncə şəhərində özünü yük qatarının altına ataraq intihar edən qadının şəxsiyyəti məlum olub.

Lent.az xəbər verir ki, Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən Report-a verilən məlumata görə, mayın 13-də axşam saatlarında Gəncə şəhər Poçt qəsəbəsi ərazisində özünü dəmiryolu xəttindən keçən yük qatarının altına ataraq intihar edən qadının Şəmkir rayon Seyfəli kənd sakini, 1948-ci il təvəllüdlü, Fərzəliyeva Elmira Çıraqəli qızı olduğu müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

 

 

*****

 

00:56

 

Gəncədə qatar qadını vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncənin Poçt qəsəbəsi adlanan ərazisində nizamlanan dəmir yolu keçidinin bir neçə metrliyində qeydə alınıb. Yaşı təxminən 65-70 arası olan qadını hərəkətdə olan elektrovoz vurub. Hələ ki, şəxsiyyəti məlum olmayan qadın hadisə yerində ölüb.  

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar