
İki dəfə məhkumluğu ona dərs olmadı: yenə qadın çantası, yenə soyğunçuluq...
0
0
Yasamal rayonunda qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkən Fazilə Zeynalova naməlum şəxsin onun içərəsində 120 manat və mobil telefon olan çantasının soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər iki dəfə məhkum olunmuş Göygöl rayon sakini Arif Əliyev saxlanılıb.
Araşdırma zamanı onun Yasamal rayonu ərazisində Validə Vəliyevaya qarşı da soyğunçuluq edərək həmin şəxsin içərisində 200 manat olan əl çantasının aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində tərətdiyi cinayəti etiraf edib.
Faktla bağlı 29-cu Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna olunmur.
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal RPİ və ya 29-cu PŞ-yə müraciət edə bilərlər.
0
0
Oxşar yazılar

Türkiyədə polisləri şəhid edən yeniyetmə öldü -YENİLƏNİB
8 sentyabr 2025 , 13:07
Masazırda mənzildə meyit tapıldı
8 sentyabr 2025 , 13:04
Turizm şirkətlərinin fırıldaqçılığı ilə bağlı cinayət işi açıldı
8 sentyabr 2025 , 12:42
Türkiyə vətəndaşı Bakı-Qazax yolunda qəza törətdi
8 sentyabr 2025 , 12:13
Xaçmazda "Toyota" ilə vurulan piyada öldü
8 sentyabr 2025 , 11:37
Bakıda narkokuryer saxlanıldı -VİDEO
8 sentyabr 2025 , 10:22
Bibiheybətdə istirahət mərkəzində yanğın
8 sentyabr 2025 , 09:38