Qadını bıçaqladı, özünə isə...
Gəncədə bıçaqlanma hadisəsi olub.
ONA-nın qərb bürosunun məlumatına görə, şəhər sakini 30 yaşlı Amin İsmayılov 34 Gülmira Abbasovanı bıçaqlayaraq daha sonra özünə xəsarət yetirib. Onlar Gəncə şəhər xəstəxanasına çatdırılaraq əməliyyat olunublar. Hazırda vəziyyətləri kafidir.
Hadisənin iki şəxs arasında münaqişə zəminində baş verdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
711