[b]Parkda soyğunçuluq edən "zek"lər YAXALANDI[/b]
03 iyul 2018 12:33 (UTC +04:00)

[b]Parkda soyğunçuluq edən "zek"lər YAXALANDI[/b]

Şərur rayon sakini Faiq Hüseynov və Ağstafa rayon sakini Tofiq İsayev saxlanılıblar.

 

Lent.az-a Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki parkların birində Şirvan şəhər sakini Vicay Əmənovu döyüb 245 manatını almaqda şübhəli bilinən əvvəllər məhkum olunanlar - Şərur rayon sakini Faiq Hüseynov və Ağstafa rayon sakini Tofiq İsayev saxlanılıblar.

Araşdırmalar zamanı T.İsayevin borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar