Qıza görə qətl törədən gəncin məhkəməsi başlayıb
26 oktyabr 2017 12:28 (UTC +04:00)

Qıza görə qətl törədən gəncin məhkəməsi başlayıb

 

Qıza görə qətl törədən gənc MƏHKƏMƏ QARŞISINDA
 
 
 
Qız üstündə qətl törətməkdə təqsirləndirilən Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə başlayıb.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Növbəti məhkəmə iclası noyabrın 2-ə təyin edilib.
 
Qeyd edək ki, hadisə iyunun 27-də Sumqayıt şəhərində baş verib.  Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.
 
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.
 
İlkin məlumatda bildirilir ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Səlcuq Elçin

Oxşar yazılar