![[b]İnsan alverində təqsirləndirilən şəxsin məhkəməsi başladı[/b]](https://lent.az/storage/news/2019/may/03/big/87b9f385d9e471c23dcc131c1ed45c79.jpg)
[b]İnsan alverində təqsirləndirilən şəxsin məhkəməsi başladı[/b]
0
0
İnsan alverində təqsirləndirilən Gülbəniz Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.
Qeyd edək ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü G.Quliyeva barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib. Daha sonra o, xaricdən Bakıya gələrkən İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı aeroportunda saxlanılıb.
0
0