<b>Gürcüstanda azərbaycanlı uşaq nadir xəstəlikdən öldü</b>
22 yanvar 2018 15:19 (UTC +04:00)

Gürcüstanda azərbaycanlı uşaq nadir xəstəlikdən öldü

Gürcüstanın Marneuli rayonunun 8 saylı orta məktəbinin Yusif Talıbovun qəfil ölüm səbəbi məlum olub. 

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, 7 yaşlı Y. Talıbov M. İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasında meninqokoksemiya xəstəliyindən dünyasını dəyişib. 
 

Marneuli rayonunun İctimai Sağlamlıq Mərkəzindən bildirilib ki, məktəbli ilk olaraq yerli xəstəxanaya yerləşdirilib: “Sonra o, M. İaşvili adına uşaq xəstəxanasına aparılıb və yanvarın 18-də orada vəfat edib”. 
 

Mərkəzin məlumatına əsasən, meninqokoksemiya xəstəliyindən ölüm faktı bu il ilk dəfə qeydə alınıb. Qeyd olunur ki, Marneuli rayonunda epidemiya təhlükəsi yoxdur.  
 

Marneulinin 8 saylı orta məktəbində isə dezinfeksiya işləri aparılıb və yerli əhaliyə vəziyyətin təhlükəli olmadığı bildirilib.    
 

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktor müavini Paata İmnadze deyib ki, meninqokoksemiya diaqnozu ilə ölüm faktı bu il ilk dəfədir qeydə alınıb: “Meninqokoksemiya çox ciddi xəstəlikdir və təəssüf ki, ölümlə nəticələnir. Ötən il səhv etmirəmsə, meninqokoksemiya xəstəliyi ilə bağlı 10-na yaxın fakt olub. Bu, çox nadir xəstəlikdir. Meninqitdən fərqli olaraq, xəstəliyə meninqokoksemiya səbəb olursa, bu, çox ağır nəticələnir”. 
 

Qeyd edək ki, Y. Talıbovun ölüm səbəbi naməlum qaldığından Marneuli sakinləri onun epidemik xəstəlikdən dünyasını dəyişdiyini zənn edirdilər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

APA Baycan

Oxşar yazılar