
Gəncədə "avtoş"lar tutuldu
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri 21 yaşlı Orxan Kərimi, 23 yaşlı Elgün Hüseynəliyevin müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. “Hyundai” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törədən bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.
Oxşar yazılar

Şamaxıda FACİƏ: bitki yığan qoca kişi dağdan yıxılıb öldü
23 aprel 2025 , 17:49
Ordumuzun giziri kanalda batdı - YENİLƏNİB
23 aprel 2025 , 17:46
Bir nəfəri şər atıb tutmaq istəyən polis kapitanı özü HƏBS OLUNDU
23 aprel 2025 , 17:42
Ermənistana casusluqda ittiham olunana hökm oxundu
23 aprel 2025 , 17:36
Avropa onu Azərbaycana təhvil verdi
23 aprel 2025 , 16:55
Bir nəfərin bank kartından 5 min manat oğurlandı
23 aprel 2025 , 16:42
Qatarda doğuş edib, körpəni pəncərədən atdı
23 aprel 2025 , 16:14