Gəncədə 39 yaşlı kişi özünü asaraq intihar edib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin DOS 6 adlanan yaşayış massivində qeydə alınıb.
Həmin ərazidə yaşayan 1978-ci il təvəllüdlü Əliyev Vahid Sultan oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünü asdığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.