Ermənilər Ağdamın işğal altında olan ərazilərinə növbəti dəfə od vurub. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin hərbçiləri rayonun Baş Qərvənd kəndinə od vurub.
Məlumata görə, alov kənddəki ağacların və tiklilərin yanmasına səbəb olub.
Kəndin yanması cəbhəyanı kəndlərdən açıq-aydın müşahidə olunur.