<b>DİN-də kadr dəyişikliyi olub</b>
24 may 2017 11:15 (UTC +04:00)

DİN-də kadr dəyişikliyi olub

Daxili işlər orqanlarında yeni təyinat olub. Lent.az Report-a istinadən xəbər verir ki, polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsindən azad olunaraq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əvvəlki rəis müavini Teymur Hacıyev vəzifəsindən azad edilərək Zərdab Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar