<b>Daha bir polis rəisinin yeri dəyişdirildi</b>
11 iyul 2016 14:48 (UTC +04:00)

Daha bir polis rəisinin yeri dəyişdirildi

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Daşkəsən rayon Polis Şöbəsinin rəisi Elsevər Aslanov vəzifəsindən azad olunub. Lent.az Kəpəz TV-yə istinadən xəbər verir ki, nazirin digər əmri ilə Elsevər Aslanov Ağstafa rayon Polis Şöbəsinə rəis təyin olunub. Daşkəsən RPŞ-yə hələlik rəis təyinatı yoxdur. Qeyd edək ki, Elsevər Aslanov buna qədər Mingəçevir Şəhər Polis Şöbəsində müavin və Beyləqan RPŞ-nin rəisi vəzifələrində çalışıb. O, 2012-ci ildən Daşkəsən polisinə rəhbərlik edir.

 

Ağstafa rayon Polis Şöbəsinin sabiq rəisi Yaşar Nuriyev isə bir müddət əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Xətt Polisinə rəis təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343
avatar

Oxşar yazılar