[b]Cocuq Mərcanlıda iki mərmi və raket tapıldı[/b]
29 aprel 2017 19:46 (UTC +04:00)

[b]Cocuq Mərcanlıda iki mərmi və raket tapıldı[/b]

0

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 291 ədəd qəlpə, 3 ədəd partlamamış hərbi sursat  (2 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT) və 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi) aşkar edərək zərərsizləşdirmək üçün götürüb.

 

ANAMA-dan Lent.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 45 830  kv.m ərazi (2 720 kv.m əl ilə, 12 200 kv.m mexaniki üsulla və 30 910 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar