[b]Bu məhsul daha 1 il vergidən azad olunacaq[/b]
Buğda idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad ediləcək.
ONA-nın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Vergilər Məcəlləsinə əsasən, buğda idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azaddır. Dəyişikliyə əsasən, bu müddət daha 1 il artırılır. Başqa sözlə, gələn il də buğda idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı vergidən azad olacaq.
Qanun layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
537