<b>Baş redaktora HÖKM OXUNDU</b>
28 mart 2019 15:29 (UTC +04:00)

Baş redaktora HÖKM OXUNDU

Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri və teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
 
Lent. az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Nurəddin İsmayılov son sözlə çıxış edərək günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. 
 
Hakimlər kollegiyasının hökmünə əsasən, Nurəddin Xoca 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddə (şərti məhkum etmə) tədbiq edilib. 
 
Qeyd edək ki, Nurəddin Xoca barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittihamı irəli sürülüb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640
avatar

Səlcuq Elçin

Oxşar yazılar