[b]Bakıda polis bu bazarı nəzarətə götürdü [/b]
03 iyul 2016 17:10 (UTC +04:00)

[b]Bakıda polis bu bazarı nəzarətə götürdü [/b]

Bakıda bazar rəhbərliyi ilə avtobus sürücüləri arasında yaranan dayanacaq davasına polis müdaxilə edib. Avtobus dayanacağının zəbt edilməsindən sonra sürücülər yaranmış vəziyyətdən narazı qalaraq, Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət ediblər. Polis əməkdaşlarının müdaxiləsindən sonra yaranmış problem aradan qaldırılıb. Lent.az musavat.com-a istinadən xəbər verir ki, Sabunçu bazarında həftə sonları baş tutan "rus bazarı"nda son bir neçə aydır ki, avtobus sürücüləri ilə obyekt rəhbərliyi arasında narazılıq hökm sürürdü. Belə ki, bazara aid olan ərazidən əlavə yol kənarlarında, səkilərdə, hətta avtobus dayanacaqlarında belə, satıcılar alış-verişlə məşğul olurdu.

 

Hər həftə eyni problemlə üzləşən sürücülər çıxış yolunu polisə müraciət etməkdə görüblər. Uzun müddət davam edən narazılıq 40 saylı marşrut avtobuslarının aid olduğu "Transqeyt" MMC tərəfindən "102" qaynar xəttinə edilən müraciət ilə öz həllini tapıb. Əraziyə Sabunçu Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşları cəlb edilb.

 

Polis əməkdaşları nəinki avtobus dayanacağını, hətta bazardan kənarda olan bütün ticarət köşklərini yığışdırıblar. İndi həftə sonları təşkil olunan yarmarka yalnız bazarın öz ərazisində baş tutur. PPX əməkdaşları isə bazarın ətrafında növbə çəkirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar