Keçmiş məhkumdan odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əsgərovdan müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.