Paytaxtın Binəqədi rayonunda piyadanı avtomobil vurub.
APA-nın məlumatına görə, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Novruzov Şükür Məhərrəm oğlunun idarə etdiyi "VAZ 2106" markalı, "90-OC-916" dövlət qeydiyyat nişanlı avtomobil 28-30 yaşlarında bir kişini vurub.
Sürücü xəsarətləri ağır olan piyadanı öz avtomobili ilə 1 saylı Xəstəxanaya çatdırıb. Yaralının vəziyyətinin hazırda ağır olduğu deyilir.
Hadisə ilə bağlı Binəqədi RPİ-də araşdırmalara başlanılıb.