Gecə saatlarında Bakının Sabunçu rayonunda bıçaqlanma faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə Asəf Əsədullayev küçəsi, 4 ünvanında baş verib.
Məlumata görə, paytaxt sakini, 1984-cü il təvəllüdlü Əliyev Heybət Telman oğlu yaşadığı ünvanın yaxınlığında hələlik istintaqa məlum olmayan şəxslərlə mübahisə edib. Mübahisə nəticəsində isə ona çoxsaylı bıçaq xəsarətləri yetirilib.
Çoxlu qan itirən 33 yaşlı H.Əliyev 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu deyilir.
Hadisənin təfərrüatlarını Sabunçu RPİ-nin istintaqçıları araşdırır.