Bakı sakinlərindən saxta pul götürüldü
15 may 2017 11:15 (UTC +04:00)

Bakı sakinlərindən saxta pul götürüldü

0

Bakıda 2 nəfərdən saxta əskinas götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Sərxan Məmmədovdan 0,203 qram heroin, 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, Əfqan Nağıyevdən isə 0,236 qram heroin, 2 ədəd 50 manatlıq və 3 ədəd 20 manatlıq saxta əskinaslar götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə saxta əskinasları hazırlayan Yeni Suraxanı qəsəbə sakini Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar