[b]Azərbaycanda 14 nəfəri ilan sancdı[/b]
28 iyun 2016 15:07 (UTC +04:00)

[b]Azərbaycanda 14 nəfəri ilan sancdı[/b]

Bu ay Azərbaycanda 14 nəfəri ilan sancıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onlardan 11 nəfəri xəstəxanaya qəbul edilib, digər 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb. Onun sözlərinə görə, mərkəzə yerləşdiirlənlərdən 4 nəfərin vəziyyəti ağır, digərləri isə orta-ağırlıqda olub: “Müraciətlər əsasən Bakıətrafı kəndlərdən, Hacıqabul, Şamaxı, Qəbələ rayonlarından olub. Son günlər ölkədə havaların isti keçməsinə baxmayaraq, ilan sancma hallarında artım yoxdur”.

 

A.Maqsudiv əlavə edib ki, iyun ayında 4 nəfəri əqrəb, 1 nəfəri isə qara qurd sancıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

APA Baycan

Oxşar yazılar