[b]AZAL-ın təyyarəsi məcburi eniş edib[/b]
11 iyun 2016 16:14 (UTC +04:00)

[b]AZAL-ın təyyarəsi məcburi eniş edib[/b]

0

 

Bakı-Dubay marşrutu (aviareys J2011) ilə uçuş həyata keçirən və BƏƏ-nin Şarja hava limanında məcburi eniş edən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus “Airbus-320-200” təyyarəsinin sərnişinləri yaxın dəqiqələrdə avtobuslarla Dubaya yola salınacaq.

 

Lent.az “Report”a istinadən xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

 

Məlumata görə, AZAL-ın təyyərəsinin Şarja hava limanında məcburi eniş etməsinin səbəbi həmin vaxt Dubay aeroportunun dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə əlaqədar bütün aviareyslər üçün bağlanılması olub.

İki aeroport arasında məsafə təxminən 25 km-dir.

 

"Təyyarə və sərnişinlərlə bağlı heç bir problem yoxdur. Yaxın dəqiqələrdə bütün sərnişinlər xüsusi ayrılmış avtobuslarla Dubaya yola salınacaq", - deyə aeroportdan bildirilib.

 

Qeyd edək ki, Bakıdan saat 09:06-da havaya qalxan "A-320" təyyarəsi yerli vaxtla 11:55-də Dubay Beynəlxalq Hava Limanına enməli idi. Lakin rəsmi tədbirlə əlaqədar Dubay Beynəlxalq Hava Limanı bağlandığı üçün təyyar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar