![[b]Ayı 50 yaşlı kişiyə hücum etdi - ŞƏKİDƏ[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Ayı 50 yaşlı kişiyə hücum etdi - ŞƏKİDƏ[/b]
Şəkidə 50 yaşlı kişini ayı dişləyib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 14 radələrində rayonun Baş Zəyzid kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Məmməd Seyidməmməd oğlu Məmmədov sağ ayağının baldır nahiyəsindən aldığı xəsarətlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Məlum olub ki, M. Məmmədov dağlıq ərazidə ayı hücumuna məruz qalıb. Ayı onun sağ ayağının baldır nahiyəsindən dişləyib.
Xəstəxanada M. Məmmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57