<b>"Atletlər kəndi"ndəki qəza ilə bağlı şahidlər danışır - <span style="color:red;">MƏHKƏMƏDƏ </b>
06 may 2016 14:33 (UTC +04:00)

"Atletlər kəndi"ndəki qəza ilə bağlı şahidlər danışır - MƏHKƏMƏDƏ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

 

Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Malik Əliyev,  Yunis Abdullayev, Elşad Dəmirçiyev, Arif İsgəndərov,  Kamran Quliyev və Arif Məmmədov ifadə verib. Malik Əliyev ifadəsində Bakı Avtomobil Nəqliyyat İdarəsində çalışdığını deyib. O, təqsirləndirilənlər yalnız Hüseyn Salamovu tanıdığını qeyd edib: "2014-ci ildə Nəqliyyat Nazirliyi tərəfindən Avropa Oyunlarında çalıcaq sürücülərin siyahısının hazırlanması tapşırılıb. Biz də Bakıda fəaliyyət göstərən daşıyıcılara müraciət etdik. Siyahılar gəldi. Siyahıların bir nüsxəsini Olimpiya komitəsinə birini də Nəqliyyat Nazirliyinə göndərdik".

 

Digər şahidlərdə istintaqa verdikləri ifadəni təsdiqləyib.

 

Məhkəmə prosesi mayın 13-ü davam edəcək.

 

Qeyd edək ki, keçən il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar