
At arabasını vurub qaçan sürücü HƏBS EDİLDİ
Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində müəyyən edilməmiş avtomobillə kənd sakini Vaqif Əkbərovun sürdüyü at arabası vurulub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, V.Əkbərov xəsarətlə xəstəxanaya yerləşdirilib. Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətricəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Xəsarətlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Mürsəlli kənd sakini Rəvan Qəhrəmanov polis əməkdaşları
tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Oxşar yazılar

Abşeronda məktəb yaxınlığında DƏHŞƏT: gənc oğlan özünü öldürdü
22 aprel 2025 , 19:33
Ruben Vardanyanın məhkəməsində mina terrorunun qurbanları danışdı: Bir gündə iki oğlumu itirdim
22 aprel 2025 , 19:24
Dövlətə xəyanətdə ittham olunan İvan Svetliçnıyə hökm oxundu
22 aprel 2025 , 18:37
Adil Qeybulla Tofiq Yaqublunu yenidən müayinə etdi
22 aprel 2025 , 18:13
Polis polkovniki faciəli şəkildə öldü
22 aprel 2025 , 17:30
Zərdablı Pəhlivan özünü asdı
22 aprel 2025 , 17:16
Polis rəisinin rüşvətxor müavini saxlanıldı
22 aprel 2025 , 16:48