Astarada istirahət mərkəzində ölən şəxsin kimliyi məlum olub
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu, Astara sakini 1966-cı il təvəllüdlü Mirzəxan Həsənovdur.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Astara rayonunda istirahət mərkəzində ölüm hadisəsi qeydə alınıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəxsiyyəti hələ ki məlum olmayan kişi istirahət mərkəzinin restoranında dünyasını dəyişib.
İlkin ehtimala görə, onun ürəktutmasından keçindiyi bildirilir. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində göndərilib.
Faktla bağlı araşdırma aparılır.