Ağstafanın Dağkəsəmən kəndində vətəndaşlara məxsus 5 fərdi yaşayış evi yanğınsöndürənlər tərəfindən söndürülüb.
APA-nın qərb bürosunun məlumatına görə, 3 ev əşyaları ilə bağlı tamamilə yanıb, 2-nə qismən ziyan dəyib.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2, Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 briqadası cəlb edilib.
Əməliyyat zamanı Ağstafa Yanğın Mühafizə Hissəsinin Manqa komandiri Müşfiq Nağıyev xəsarət alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu, həyatına təhlükə olmadığı bildirilir.
***
Ağstafa rayon Dağkəsəmən kəndi ərazisində vətəndaşlara məxsus 5 fərdi yaşayış evi yanır.
APA-nın məlumatına görə, hadisə yerinə yanğınsöndürənlər gəlib.
Yanan evlər Əmirov Natiq, İsmayılov Xıdır, Elşad Hüseynov, Elsəvər Məmmədov, Qədməliyev İdrisə məxsusdur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.