"Yanğının yayılmasının qarşısını aldıq" - FHN polkovniki
“Diqlas” Ticarət Mərkəzində yanğın zamanı mürəkkəb şərait nəzərə alınaraq, qərar qəbul edildi ki, ilk növbədə, yanğının meyvə-tərəvəz bazarı, təsərrüfat malları satılan istiqamətlərə və “Lotos” Ticarət Mərkəzi tərəfə yayılmasının qarşısını almalıyıq”.
ONA-nın məlumatına görə, bunu canlı yayımda "lent.az"ın suallarını cavablandıran Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.
R. Xudiyev bildirib ki, paralel olaraq “Diqlas” Ticarət Mərkəzində söndürmə işləri aparılıb:
“Amma biz qüvvələrin bir qismini də ayırdıq ki, yanğın böyük sahəyə yayılmasın. Ticarət mərkəzlərində yanğının xətti yayılma sürətli çox böyükdür, 1 dəqiqə ərzində 10-15 metr məsafəni keçir. Ətrafdakı ticarət mərkəzlərinin, bazarın arxasında da yaşayış binaları var. Həmin beşmərtəbəli binalar bazara sıx yerləşib. Əgər yanğın yayılsaydı, bu, böyük fəlakət olardı. Biz onun öhdəsindən çox çətinliklə gələ bilərdik. Ona görə də, ilk növbədə, həlledici istiqamət müəyyən etdik. Yəni məqsəd o oldu ki, yanğını mühasirəyə alaq və məhz Diqlas” Ticarət Mərkəzində yanğını söndürək, buna nail olduq. Döyüşlə bərabər yanğınsöndürmədə də taktika var, bu, dünyada qəbul olunmuş qaydadır. Həlledici istiqamət müəyyən olunmayıbsa, uğur qazanmaq mümkün olmaz”.
772