[b]"Turan" İnformasiya Agentliyinə cinayət işi açılıb[/b]
10 avqust 2017 16:57 (UTC +04:00)

[b]"Turan" İnformasiya Agentliyinə cinayət işi açılıb[/b]

 

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (VCİAD) Turan informasiya agentliyinə "gəlir ölçüsünün kiçildilməsi" ittihamı ilə cinayət işi açıb.

 

Lent.az “BBC Azərbaycan”a istinadən bildirir ki, VCİAD-ın araşdırması Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 2014-cü ildən etibarən təxminən 27 min manat əlavə gəlir vergisi, əlavə avans ödənişləri və faiz borcları ilə birlikdə isə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır.

 

Məlumata görə, 7 avqustda açılan cinayət işindən bir gün sonra agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.

 

Agentlik isə vergi orqanlarının gəlir ölçüsünün kiçildilməsi ilə bağlı iddialarını təkzib edib və məsələ ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

 

Agentlik məhkəmədən Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 7 avqust 2017-ci il tarixli gəlir vergisinin hesablanması haqqında qərarını ləğv etməyi və VCİAD-in səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarının qanunsuz və etibarsız sayılmasını xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Oxşar yazılar