[b]"Deputatın qardaşı qızı" olan dələduz qadının məhkəməsi başlayıb[/b]
13 iyul 2016 14:27 (UTC +04:00)

[b]"Deputatın qardaşı qızı" olan dələduz qadının məhkəməsi başlayıb[/b]

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Rafiq qızı Əhmədovanın məhkəmə prosesi başlayıb.

 

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib.

 

Zərərçəkmiş Rüfət Əliyev bildirib ki, ötən il N. Əhmədova deputat Vahid Əhmədovun qardaşı qızı olduğunu bildirirərək, onu "Kapital Bank"a filial müdiri vəzifəsinə düzəldəcəyini deyib, 32 500 ABŞ dollarını alıb: "Ancaq məni hələ də heç bir işə düzəltməyib. Dəfələrlə özü ilə görüşüb, pulumu istəsəm də, qaytarmaqdan imtina edib. Mənim tələbim odur ki, 32 500 dollarımı qaytarsın".

 

N. Əhmədova isə özünü qismən təqsirli bilib. O deyib ki, pulu bir neçə il öncə işə düzəltmək adı ilə yox, borc alıb: "Həmin borc 2008-ci ildən olub. Mən özüm heç yerdə işləmirəm, onu necə işə düzəldə bilərəm? Bunlar hamısı yalandır".

 

N. Əhmədovanın qohumu Pünhan Əliyev də çıxışında bildirib ki, Rüfət ona zəng edərək, qohumunun ona borclu olduğunu deyib, görüşərək birlikdə N. Əhmədovanın yaşadığını ünvana getmək istədiyini qeyd edib: "Biz birlikdə Nigarın evinə getdik. Onlar bir saata yaxın mübahisə etdilər. Sonra Rüfət Nigardan ona borclu olması haqqında yazılı izahat aldı, izahatda qeyd olunurdu ki, pul 3 ay ərzində ödənəcək. İzahata mən də imza atdım. Üç aydan sonra Rüfət mənə zəng edərək, pulu ödəməyəcəyimiz təqdirdə, polisə müraciət edəcəyini dedi. Daha sonra məni polisə çağırdılar ".

 

Hakim R. Allahverdiyeva N. Əhmədovanın 2009-cu ildə də məhkum olunduğunu bildirib, məhkum olunmuş şəxsə etibar edərək pul verməsini zərərçəkənə irad tutub.

 

Proses iyulun 20-də davam etdiriləcək.

 

Deputat V. Əhmədov isə APA-ya açıqlamasında bu adda qardaşı qızının olmadığını bildirib.

 

Qeyd edək ki, N. Əhmədovanın qardaşı Namiq Əhmədovun da adı bir müddət əvvəl dələduzluqda hallanıb. Həmin vaxt N. Əhmədov da mətbuatda deputat Vahid Əhmədovun qardaşı oğlu kimi təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243

Oxşar yazılar

Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ

11 iyul 2025 , 21:18
 Cadugərlikdə   ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü

11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI

11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən  qadın öldü -  YENİLƏNİB

Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB

11 iyul 2025 , 17:48