<b>“Niva” və “Mercedes” toqquşdu: ölən və yaralananlar var </b>
09 avqust 2017 00:16 (UTC +04:00)

“Niva” və “Mercedes” toqquşdu: ölən və yaralananlar var

0

Şəmkir-Gədəbəy avtomobil yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

 

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. “Niva” və “Mercedes” markalı avtomobillərinin toqquşması nəticəsində “Niva”nın sərnişini Gədəbəy rayon sakini 1955-ci il təvəllüdlü Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

 

Bundan başqa “Niva”nın sürücüsü Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Şirinov Rauf Zahid oğlu, həmçinin “Mercedes”də olan 3 nəfər - Şəmkir rayon sakinləri 1992-ci il təvəllüdlü Əsgərzadə Samir Fizuli oğlu, 1992-ci il təvəllüdlü Əliyev Rizvan Ərzuman oğlu və 1984-cü il təvəllüdlü Gədəbəy rayon sakini Həsənov Ceyhun Cavad oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan bir nəfərin vəziyyəti ağır, 2 nəfərin – orta ağır, bir nəfərin isə normal qiymətləndirilir.

 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 452

Oxşar yazılar