[b]28 yaşlı itkin düşdü[/b]
30 mart 2019 19:16 (UTC +04:00)

[b]28 yaşlı itkin düşdü[/b]

0
Qusarda 28 yaşlı kişi itkin düşüb.
 
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun İmamqulukənd kənd sakini Nəriman Əlixlalov Qusar rayon Polis Şöbəsinə müraciət edərək qardaşı 28 yaşlı Vilyeddin Əlixlalovun bu il martın 2-də səhər saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirib. Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq itkin düşən şəxsin yerini müəyyənləşdirmək mümkün olmayıb.
 
İtkin düşən şəxsin əlamətləri: boyu 175 sm, orta bədən quruluşlu, burnu düz, qara saçları, gözlərinin rəngi qarışıqdır. Xüsusi əlamətləri: sağ ayağı ağsıyır, nitqində qüsur var, ruhi xəstədir.
 
Bu şəxs barəsində məlumatı olan şəxslərdən Qusar rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19 və “102” nömrəlitelefonlara məlumat vermələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1415

Oxşar yazılar