"Azəryolservis" ASC beynəlxalq mükafata layiq görülüb
22 noyabr 2013 14:33 (UTC +04:00)

"Azəryolservis" ASC beynəlxalq mükafata layiq görülüb

İsveçrənin Cenevrə şəhərində “Otherways” assossiyasının təşkil etdiyi “MÖHTƏŞƏM 5 QİTƏ” mükafatlandırma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycandan dəvət olunmuş  “Azəryolservis” ASC  idarəetmə, məqsəd və layihələr, məsləhət və nəzarət, informasiya sistemlərinin yüksək səviyyədə təşkili və istifadə edilməsinə görə beynəlxalq mükafata layiq görülüb. “Möhtəşəm 5 qitə” mükafatı təqdim olunan şirkətlərə prestij, yenilik, keyfiyyət və texnologiya, İnnovasiya və digər nominasiyalar üzrə verilib. Mükafatı "Azəryolservis" ASC-nin sədr müavini Şaiq Bilalov qəbul edib.

 

Qeyd edək ki, Otherways ,menecment və konsaltinq şirkəti iştirakçı şirkətlər üçün lazım olan bütün informasiyaları öyrənir, bir- birilərinin təcrübəsindən yararlanmaq üçün onlar arasında əlaqə qurulmasına xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1001
avatar

Oxşar yazılar