Prezident İlham Əliyev Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən on yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.