<b>OKA sütuna çırpıldı, ölən və yaralanan var</b>
11 may 2017 23:56 (UTC +04:00)

OKA sütuna çırpıldı, ölən və yaralanan var

0

Xətai rayonu Nobel prospektində bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın verdiyi məlumata görə, «OKA» markalı avtomobil yoldan çıxaraq yerüstü piyada keçidinin sütununa çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü 1968-ci il təvəllüdlü Qarayev Fərahim Nazim oğlu və sərnişini, 37 yaşlı Abbasova Alidə Abbas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Xəsarət alanlar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Sürücü F. Qarayev xəstəxanada dünyasını dəyişib.

 

Hadisə ilə bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar