Mahaçqalanın «Anji» futbolu klubunun rəhbərliyi Madrid «Real»-ının keçmiş məşqçisi Joze Mourino ilə 3 illik müqavilə bağlamağa hazır olduğunu bildirib.
Lent.az-ın «Çempionat»-a istinadən məlumatına görə, razılıq əldə ediləcəyi halda Dağıstan klubu üç ildə portuqaliyalı mütəxəssisə 70 milyon avro maaş verəcək.
Mənbənin məlumatına əsasən, bu klub «Yuventus»un məşqçisi Antonio Konteni də almağa səy göstərib. Razılıq əldə ediləcəyi təqdirdə ona ildə 10 milyon avro maaş veriləcəkdi. Ancaq italiyalı mütəxəssis bu təklifdən imtina edib.
Xarici KİV bildirib ki, gələ mövsümdə Joze Maurino «Çelsi»yə başçılıq edəcək. İngilis klubu ona bir ilə 10 milyon funt-sterlinq verəcək.