“VAZ” və “Opel” toqquşdu, yaralanan var
23 may 2017 23:17 (UTC +04:00)

“VAZ” və “Opel” toqquşdu, yaralanan var

0

Qazaxda xəsarətlə nəticələnən yol qəzası baş verib

 

Qazaxda iki avtomobil toqquşub, xəsarət alan var. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaylı kəndi ərazisində qeydə alınıb. “VAZ” və “Opel” markalı avtomoibllərin toqquşması nəticəsində bir nəfər, Çaylı kənd sakini 1991-ci il təvəllüdlü Murquzov Novruz Şəmistan oğlu xəsarətlər alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar