“VAZ” markalı minik avtomobili yanıb
31 avqust 2013 21:05 (UTC +04:00)

“VAZ” markalı minik avtomobili yanıb

Göygöl rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Quşçu kəndində baş verib. Nəticədə ümumi sahəsi 72 kv.m olan talvarın yanar konstruksiyaları 50 kv.m sahədə və  altına yığılmış 10 ton ot bağlamasının 3 tonu, “VAZ” markalı minik avtomobilin salon hissəsi  yanıb.

 

Talvarın, ot bağlamasının və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518
avatar

Oxşar yazılar