İstanbulda proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları”nın yanvarın 17-nə nəzərdə tutulan iki Bakı-İstanbul aviareysi təxirə salınıb.
APA-nın xəbərinə görə, “Türk Hava Yolları”nın rəsmi saytında dərc edilmiş məlumatda bildirilir ki, yerli vaxtla saat 06:10-da İstanbul-Bakı və 20:55-də Bakı-İstanbul marşrutu üzrə planlaşdırılan aviareyslər təxirə salınıb.
Qeyd edək ki, fırtınalı hava şəraiti ilə əlaqədar İstanbulda onlarla aviareys təxirə salınıb.