“Təkzib də, üzrxahlıq da mənə məxsusdur”-Qənimət Zahid
17 mart 2013 18:02 (UTC +04:00)

“Təkzib də, üzrxahlıq da mənə məxsusdur”-Qənimət Zahid

“Mən də hesab edirəm ki, hörmətli vəkil düz buyurur. Təkzib də, üzrxahlıq da qəzetin adından deyil, şəxsən mənim adımdan yayılmalı idi. Çünki iddia mənə qarşıdır. Bunu  “Yeni Müsavat” qəzetinə müsahibəsində “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid deyib.

 

Qeyd edək ki, “Azadlıq“ qəzetində dərc olunmuş bir yazıya görə, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov qəzetin baş redaktoru Qənimət Zahid barəsində məhkəmə iddiası qaldıblar.  “Azadlıq” qəzeti isə yazı ilə bağlı təkzib dərc edib və nazirlərdən üzr istəyib.  Lakin nazirlərin vəkili “Mediaforum” saytına müsahibəsində “təkzib ”Azadlıq" qəzetinin adından dərc olunub, amma barəsində xüsusi ittiham qaydasında şikayət verilən instansiya “Azadlıq” qəzeti deyil. Şikayət etdiyimiz şəxs baş redaktor Qənimət Zahiddir. Həmin iş üzrə təkzibi yalnız o verə bilər" deyə, bildirib.

 

Vəkili haqlı hesab edən Q. Zahid üzrxahlığın ona məxsus olduğunu təsdiq edib: “Yayılmış təkzibin və üzrxahlığın mənə məxsus olduğunu təsdiq edirəm”.

 

Q. Zahid onu da qeyd edib ki, kompromis təkliflərini də  müzakirə etməyə hazırdır.

 

O, baş redaktoru olduğu qəzetin təkzib verib, üzr istəməsi hallarının intensivləşməsi ilə bağlı tənqidləri də haqlı hesab etməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929
avatar

Oxşar yazılar