“Sınıq körpü” və “Samur” gömrük məntəqələrində problem aradan qaldırılıb
27 avqust 2014 17:30 (UTC +04:00)

“Sınıq körpü” və “Samur” gömrük məntəqələrində problem aradan qaldırılıb

 Azərbaycanın Gürcüstanda sərhəddə yerləşən “Sınıq körpü” və Rusiya ilə sərhəddə yerləşən “Samur” gömrük keçid məntəqələrində yaranan problem artıq tam aradan qalxıb.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Qurumdan bildirilib ki, Azərbaycanla Gürcüstan arasındakı gömrük keçid məntəqəsində yaranmış problemə səbəb qonşu ölkənin ərazisində uçqunun baş verməsi idi: “Türkiyədən, Gürcüstandan Rusiyaya gedən avtomobillərin Azərbaycan ərazisindən  keçdiyindən orada tıxac yaranmışdı. Bununla bağlı ərazidə intensiv işlər aparılıb. Gün ərzində sərhəddən avtomobillərin buraxılması sürətləndirib. Artıq tıxac aradan qaldırılıb. İstər “Sınıq körpü”, istərsə də “Samur” gömrük məntəqəsinin fəaliyyətində heç bir problem yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924
avatar

Oxşar yazılar