“Qobustan”nın baş redaktoru vəfat etdi
01 sentyabr 2013 13:05 (UTC +04:00)

“Qobustan”nın baş redaktoru vəfat etdi


“Qobustan” jurnalının baş redaktoru, şair Ələkbər Salahzadə uzun sürən xəstəlikdən sonra vəfat edib.

APA-ın xəbərinə görə, Ələkbər Baba oğlu Salahzadə 1941-ci il martın 15-də Quba rayonunun Cimi kəndində anadan olub.

O, Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlayıb, həm də mətbuatda çıxış edib.

"Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olub, Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini işləyib.

Ə. Salahzadə "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri, redaktor vəzifəsində çalışıb.

Sonuncu iş yeri "Qobustan" jurnalı idi.

60-cı illərdən fəal ədəbi fəaliyyətə başlayan Ə. Salahzadə bədii tərcümə ilə yanaşı, 100-dən çox essenin, məqalənin də müəllifidir. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı var. "Kölgədən qorxan", "Yayın qış gecələri", "Nağaraçı naxırçı"pyesləri tamaşaya qoyulub.

 

Lent.az Ə. Salahzadənin bir şeirini təqdim edir.

SƏTTAR BƏHLULZADƏ
(«Portretlər»dən)

Ayaq üstdə bir əncir ağacı –
təbiətlə əl-ələ.
Gəzər, dolaşar
gündoğandan günbatana.
Rəssamların gözlərinə yığılar,
ürəyində əriyər,
əllərindən, fırçasından asılar,
rəng-rəng, çilik-çilik
köçər kətana.
Hər kətanlı, parçalı,
əli fırçalı
qarət eyləyər,
amma tükənməz əncir ağacı...
Bir az Məcnuna bənzər
gündoğandan günbatana...
Əllərinə yığışar
quşlar, çiçəklər;
əllərində, ürəyində, gözlərində uyuyar.
Güllər, otlar, ağaclar
əllərindən tutub
yayılar yamac-yamac, yallı gedər çəmən-çəmən.
Əllərinin budaqları yarpaqlayar,
çiçək açar.
Əllərindən sellər axar.
Damarlı kötüyün pöhrələrində
yaşıllaşar təbiət.
Əncirdən iki koğuş –
iki göz çağlayıb axar dünyaya...
Rəssamlar da onu cizgi-cizgi,
rəng-rəng, çilik-çilik
daşıyarlar kətana,
günbatandan gündoğana,
gündoğandan günbatana...
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46